525.Az

Qanunsuz saxlanılan 5 avtomat, 19 tüfəng və 1928 ədəd müxtəlif çaplı patron aşkarlanıb


 

Qanunsuz saxlanılan 5 avtomat, 19 tüfəng və 1928 ədəd müxtəlif çaplı patron aşkarlanıb<b style="color:red"></b>

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

525.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 13-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 19 tüfəng, 16 patron darağı və 1928 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

 





14.03.2026    çap et  çap et