525.Az

Mübarək


 

Tanınmış yazar-publisist İntiqam Mehdizadəni doğum günü münasibətilə təbrik edənlərə mən də qoşuluram.

Mübarək<b style="color:red"></b>

Yayılsın aləmə xoş xəbər, səda:
Qədim məmləkətin, millətin oğlu,
İntiqam! Yetmişi qoydun arxada,
 Yaxşı yol səksənə, doxsana doğru!

Əngəl yaratsa da daş-kəsək, kol-kos,
Şirin bar yetirib çəkdiyin zəhmət.
İntiqam adındır, amma, əziz dost,
Səndə həm qəzəb var,
həm də mərhəmət!
Ərzə göz açdığın İsmayıllıdan
Bakıya gəlməyin-kövrək xatirə;
Məgər tələbəlik çıxarmı yaddan?
Dostlara olmağın örnək - xatirə.

Bir cavab istəyim görəsən kimdən,
Bəlkə açıqlaya ən yaşlı adam?
Aşıq Bayramlıda - körpəliyimdə
Məktəb direktoru işləyib atam...

Tez-tez qayıdırsan xəyalən yəqin
Teleradioda ötən çağlara,
O gözəl, o həzin, o şən çağlara.
Çoxdur gül açası arzu-diləyin.

Vaxt, zaman fəsadsız, təzadsız deyil,
Bəzən həftələr də uzanır iltək;
Qələmə sarılıb yazdığın şeir -
Şairlik bağından dərdiyin çiçək.

Duyğular insanı çəkir qoynuna,
Sevgi sərvətidir Yerin, Göyün də.
Çağırdın sonbeşik övlad toyuna...
Borcumu ödəyim yubileyində!

Dünyaya haqq üçün gəlib-gedənin
Adını, irsini qiymətləndirək;
Cavan müəlliflər öyrənsin gərək
Ədiblik dərsini Mehdizadənin!

Yayılsın aləmə xoş xəbər, səda:
Qədim məmnləkətin, millətin oğlu,
İntiqam! Yetmişi qoydun arxada,
Yaxşi yol səksənə, doxsana doğru!

 





13.02.2015    çap et  çap et