525.Az

Bakıda ofisdən 9000 dollarlıq fotoaparat oğurlanıb


 

Bakıda ofisdən 9000 dollarlıq fotoaparat oğurlanıb<b style="color:red"></b>

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən ofislərin birindən orada çalışan şəxsə məxsus 9000 dollar dəyərində fotoaparatın oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Bu barədə 525.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Araşdırmalarla fotoaparatın zərərçəkmişlə eyni ofisdə çalışan həmkarı tərəfindən oğurlanması müəyyən edilib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı K. Hətəmova saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.

 





14.03.2026    çap et  çap et