İran mühafizə orqanları düşmənlə əlaqəli 500-ə yaxın vətəndaşı saxlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın polis rəisi Reza Radan məlumat verib.
"Düşmənə və antiiran kütləvi informasiya vasitələrinə vacib məlumatlar ötürən 500 casus saxlanılıb" - deyə, polis rəisi bildirib.
Radanın sözlərinə görə, onlardan təxmini yarısı düşmənə zərbə endirilməli olan yerlərin koordinatlarını ötürüb, xarici ölkə hərbçiləri ilə daim əlaqə saxlayıb və ölkədə ixtişaş törətməyə çalışıb.
Qeyd edək ki, dünən daha 18 nəfər ABŞ və İsrailin raket hücumlarının nəticəsini özündə əks etdirən fotoları qarşı tərəfə ötürdüyü üçün həbs edilib.
L.Tağıyeva
çap et