525.Az

Qazaxıstanda referendum keçirildi


 

Qazaxıstanda referendum keçirildi<b style="color:red"></b>

Qazaxıstanda ölkə konstitusiyasına dəyişiklər məqsədilə keçirilən referendum baş tutub.

525.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Mərkəzi Referendum Komissiyasının sədri Muxtar Yerman məlumat verib.

Sədrin bildirdiyinə görə, seçicilərin 73,24 faizi, yəni, 9 milyon 136 min 850 nəfər səsvermədə iştirak edib. Səsvermə başa çatdıqdan dərhal sonra bülletenlərin sayılmasına başlanılıb.

Qeyd edək ki, yeni konstitusiyada bir sıra dəyişikliklər nəzərdə tutulub. Onlardan vitse-prezident postunun təsisi, ikipalatalı parlamentdən təkpalatalı parlamentə keçid daha diqqət çəkəndir.

L.Tağıyeva

 





16.03.2026    çap et  çap et