525.Az

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək


 

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək<b style="color:red"></b>

16-19 mart tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.


 

 





16.03.2026    çap et  çap et