525.Az

Ötən həftə 219 yanğına çıxış olub, 48 nəfər xilas edilib


 

Ötən həftə 219 yanğına çıxış olub, 48 nəfər xilas edilib<b style="color:red"></b>

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə 525.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 219 yanğına çıxış və 37 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 15-i azyaşlı olmaqla 48 nəfər xilas edilib, 8 nəfər təxliyə olunub, 1 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib, bağlı qapı arxasında 1 nəfərin meyiti aşkar olunub.

 





16.03.2026    çap et  çap et