525.Az

ƏDV ödəyəcəklərsə, bu, böyük bir fərq yaratmayacaq - Rəşad Həsənov


 

ƏDV ödəyəcəklərsə, bu, böyük bir fərq yaratmayacaq - <b style="color:red">Rəşad Həsənov</b>

““Temu” və “Trendyol”un dövriyyəsi böyükdür. Onlar yerli qanunvericiliyə uyğun olaraq əlavə dəyər vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidirlər. Bu da o deməkdir ki, həmin şirkətlərin dövriyyəsinə münasibətdə əlavə 18 faiz yük formalaşa bilər”.

Bunu iqtisadçı ekspert Rəşad Həsənov 525.az-a bildirib. O qeyd edib ki, əgər hansısa formada onlar yalnız ticarət əlavələrinə münasibətdə ƏDV ödəyəcəklərsə, bu, böyük bir fərq yaratmayacaq. Çünki həmin şirkətlərin komissiyaları ümumi dövriyyənin təxminən 5-7 faizi əhatə edir. Lakin şirkətlər bütün dövriyyəyə münasibətdə ƏDV ödəmək məcburiyyətində qalarsa, kifayət qədər ciddi bir xərc yükü olduğu üçün qiymətlərin artımına səbəb ola bilər.

Sevinc Qarayeva 
 

 





16.03.2026    çap et  çap et