525.Az

Husilərin hücumu nəticəsində 8 nəfər həlak olub


 

Husilərin hücumu nəticəsində <b style="color:red"> 8 nəfər həlak olub</b>

Yəmənin Həccə şəhərində İranın dəstəklədiyi husi üsyançılarının hücumu nəticəsində uşaqlar da daxil olmaqla 8 nəfər həlak olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yəmən ordusunun 5-ci Hərbi Bölgə Məlumat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Husilər Həccədə iftar zamanı vətəndaşların toplandığı yerə raket hücumu təşkil edibb.

Hücumda aralarında uşaqların da olduğu 8 nəfər həyatını itirib, yaralananlar da var.

İbrahim Cəfərov

 





16.03.2026    çap et  çap et