525.Az

İrandakı münaqişə üzündən 100 min britaniyalı işsiz qalıb


 

İrandakı münaqişə üzündən 100 min britaniyalı <b style="color:red"> işsiz qalıb</b>

İranla bağlı münaqişə Böyük Britaniyada məşğulluq sahəsində ciddi problemlər yaradıb.

525.az Böyük Britaniya mətbuatına istinadən xəbər verir ki, 100 min civarında insan işindən olub.

Hazırda işsizlik səviyyəsi son 5 ilin ən yüksək göstəricisinə - 5,2 faizə çatıb. Amma bu rəqəmin 5,5 olacağı gözlənilir.

Qeyd edək ki, Yaxın Şərqdəki münaqişənin Böyük Britaniyada enerji resurslarının qiymətinin artımı ilə nəticələnəcəyi gözlənilir. Bu da sahibkarların qənaət rejiminə keçməklə bir sıra əməkdaşları işdən azad etməsinə səbəb olacaq.

L.Tağıyeva

 





17.03.2026    çap et  çap et