525.Az

Qızılın qiyməti 5 000 dolları keçib


 

Qızılın qiyməti 5 000 dolları keçib<b style="color:red"></b>

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

525.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,76% artaraq 5 040,46 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 1,78% aartaraq 82,12 ABŞ dolları olub.

 





17.03.2026    çap et  çap et