525.Az

Kubada zəlzələ olub


 

Kubada zəlzələ olub<b style="color:red"></b>

Kuba sahillərində 5.8 bal gücündə zəlzələ olub.

525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Maisi şəhərindən 49 kilometr cənub-qərbdə, Quantanamo körfəzində olub.

Təxminən 11,6 kilometr dərinlikdə baş verən yeraltı təkanlar heç bir insan tələfatı və dağıntı ilə nəticələnməyib.

Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.

İbrahim Cəfərov

 





17.03.2026    çap et  çap et