525.Az

Aİ İranın 16 rəsmisinə və 3 quruma sanksiya tətbiq etdi


 

Aİ İranın 16 rəsmisinə və 3 quruma sanksiya tətbiq etdi<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Şurası insan haqlarını pozduğuna görə İranın 16 rəsmisinə və 3 qurumuna sanksiya tətbiq edib.

525.az xəbər verir ki, bu barədə Aİ Şurasından verilən açıqlamada deyilir.

Bildirilib ki, yeni sanksiyalar İranda yanvar ayında keçirilən etirazların yatırılmasında əsas rol oynamış şəxslər və qurumları hədəf alıb.

Bəyanatda qeyd olunub ki, sanksiya siyahısına əlavə edilən 16 məmur arasında İranın daxili işlər nazirinin təhlükəsizlik və asayişin mühafizəsi üzrə müavini, həmçinin İnqilab Keşikçiləri Korpusunun (SEPAH) bəzi komandirləri və ədliyyə orqanlarından məsul şəxslər də var.

Qeyd edək ki, sanksiya siyahısında olan fizik şəxslərin və qurumların aktivləri dondurulur və Aİ vətəndaşlarına və şirkətlərinə bu şəxslərə və qurumlara vəsait və ya iqtisadi resurslar təqdim etmək qadağandır.

Siyahıda olanların Aİ ölkələrinə daxil olması və ya Aİ ərazisindən tranzit keçməsi də qadağan edilib.

İbrahim Cəfərov

 





17.03.2026    çap et  çap et