525.Az

"Bu imkan İranın əlindən çıxan kimi, müharibə bitəcək" - Natiq Cəfərli


 

"Bu imkan İranın əlindən çıxan kimi, müharibə bitəcək" - <b style="color:red">Natiq Cəfərli</b>

“Hörmüz boğazının hüquqi statusu beynəlxalq gəmiçilik üçün açıq olan boğaz statusudur. Bu status 1982-ci il BMT-nin Dəniz Hüququ Konvensiyası (UNCLOS) ilə tənzimlənir. Beynəlxalq dəniz hüququna görə, Hörmüz boğazı beynəlxalq gəmiçilikdə istifadə olunan boğaz hesab edildiyi üçün bütün ölkələrin gəmiləri  buradan maneəsiz tranzit keçid hüququna malikdir.  Dəniz Hüququ Konvensiyasına görə, hər bir dənizə (okeana) çıxışı olan ölkənin 12 mil dəniz (okean), onun daxili ərazi sularə sayılır.  Boğazın ən dar nöqtəsinin eni təxminən 33 km-dir. Həm İran, həm də Oman 12 dəniz mili (təxminən 22 km) ərazi suları iddiasında olduqları üçün boğazın bütün suları bu iki dövlətin ərazi suları daxilindədir. Boğazın cənub hissəsi Omanın nəzarətindədir və gəmilərin hərəkətini tənzimləyən əsas gəmiçilik yolları məhz Omanın ərazi sularından keçir. Yəni, İran indi faktiki olaraq Oman ərazi sularından keçən gəmilərə atəş açır, Hörmüz boğazının bağlanması hüququna malik deyil. İranın özünün 80 faiz idxal-ixrac əməliyyatları Hörmüz boğazındakı limanlardan həyata keçirilir. Körfəz ölkələrindən başqa 45 mln. nəfərlik əhalisi olan İraqın da ərzaq və digər təminatı Hörmüzdən keçir – yəni, boğaz ətraf ölkələrə tək neft-qaz üçün lazım deyil, həm də ərzaq, dərman və s. məhsullar üçün də əsas təminat yoludur”.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli 525.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, İran Hörmüz kartından istifadə etməyə, bu yolla dünyaya təsir edib ölkəyə qarşı təcavüzü bitirməyə çalışır, amma, bu həm özünə, həm də dünya iqtisadiyyatına ciddi ziyan vurur:

“Söhbət heç də neft-qaz qiymətlərinin bahalaşmasından getmir, bəli, bu problemdir, amma, ən böyük problem odur ki, boğazın bağlı olmasının ətraf ölkələrin xalqlarına aclıq və səfalət gətirə, o cümlədən İranın özündə ciddi böhran yaradan faktora çevrilə bilər.  Ona görə də, Hörmüz məsələsi birdəfəlik həll olunmalı, heç bir dövlətin iqtisadi yüklərin daşanmasına istədiyi an maneə yaratmağa imkanı olmamalıdır. Bu imkan İranın əlindən çıxan kimi, müharibə bitəcək, özü də, bu ayın sonuna yaxın bitəcək».

Sevinc Qarayeva 

 





17.03.2026    çap et  çap et