525.Az

Azərbaycan enerji təhlükəsizliyinə töhfəsinin coğrafiyasını daha da genişləndirir - Fatma Yıldırım


 

Azərbaycan enerji təhlükəsizliyinə töhfəsinin coğrafiyasını daha da genişləndirir - <b style="color:red">Fatma Yıldırım</b>

“2032-ci ilə qədər 6-8 giqavat alternativ enerji gücünün əldə olunması planı ölkəmizin iqtisadi və ekoloji baxımdan davamlı inkişaf modelinə sadiqliyinin göstəricisidir. Azərbaycanın hidroenerji potensialının, xüsusilə işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan layihələr hesabına genişləndirilməsi, qaz və bərpaolunan enerji mənbələrinin vəhdətinə əsaslanan modelin formalaşdırılması dövlətimizin strateji baxışının tərkib hissəsidir”.

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım söyləyib.

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycan həm istehsalçı, həm tranzit, həm də ixrac potensialını genişləndirən investisiya tərəfdaşı kimi çıxış edir. Türkiyə, Serbiya və İtaliyada həyata keçirilən layihələr, neftayırma və elektrik istehsalı sahəsində əldə olunan aktivlər ölkəmizin enerji təhlükəsizliyinə töhfəsinin coğrafiyasını daha da genişləndirir:

“Həyata keçirilən enerji siyasəti Azərbaycanın milli maraqlarına xidmət etməklə yanaşı, tərəfdaş ölkələrin də dayanıqlı inkişafına mühüm töhfə verir. Bu siyasətin əsasında qarşılıqlı etimad, uzunmüddətli əməkdaşlıq və strateji baxış dayanır. Azərbaycan bundan sonra da həm ənənəvi enerji resursları, həm də bərpaolunan mənbələr üzrə qlobal təşəbbüslərin fəal iştirakçısı və etibarlı tərəfdaşı olacaq”. 

Sevinc Qarayeva 

 





17.03.2026    çap et  çap et