525.Az

Mersində İŞİD əməliyyatı - 3 şübhəli saxlanılıb


 

Mersində İŞİD əməliyyatı - <b style="color:red"> 3 şübhəli saxlanılıb</b>

Türkiyənin Mersin şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli-hüquq mühafizə orqanları məlumat yayıblar.

Bildirilib ki, Mersin Respublika Baş Prokurorluğunun koordinasiyasında Silifke, Gülnar və Anamur rayonlarında İŞİD-i hədəf alan əməliyyat başlayıb. Müəyyən edilən ünvanlarda keçirilən əməliyyatda 4 şübhəli saxlanılıb. Ünvanlarda aşkar edilmiş material və sənədlər ekspertiza üçün götürülüb.

Əməliyyatların ardından 3 şübhəli ədliyyəyə sövq edilərək hakim qarşısına çıxarılıb.

Bir şübhəli isə deportasiya edilmək üçün Miqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.

İbrahim Cəfərov

 





17.03.2026    çap et  çap et