525.Az

Azərbaycanın idarə, müəssisə və təşkilatlarının ötən il qiymətli kağızlar bazarından gəliri açıqlanıb


 

Azərbaycanın idarə, müəssisə və təşkilatlarının ötən il qiymətli kağızlar bazarından gəliri açıqlanıb<b style="color:red"></b>

2025-ci ildə Azərbaycandakı idarə, müəssisə və təşkilatlar qiymətli kağızlar bazarından 1 milyard 50 milyon ABŞ dolları gəlir əldə edib.

525.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, dövlət qurumları əsasən, ABŞ-nin dövlət istiqrazlarına (US treasuries) investisiya yatırıb, bu isə ölkənin ilkin gəlirlər balansının kəsirinin daralmasına xidmət edib.

"İl ərzində təkrar gəlirlər balansı isə 17,5 % artımla profisitli olub. Bu da əsasən ölkəyə pulköçürmə sistemləri vasitəsilə daxil olan pullarla bağlıdır. Onlar daha çox pul baratlarıdır, kapital xarakterli olmayan əməliyyatlar çıxılmaqla ölkəyə daxil olan vəsaitlərdir", - deyə AMB rəsmisi qeyd edib.

 





17.03.2026    çap et  çap et