525.Az

İran səfiri Xameneinin müalicə üçün Rusiyada olduğunu təkzib edib


 

İran səfiri Xameneinin müalicə üçün Rusiyada olduğunu <b style="color:red"> təkzib edib</b>

İranın Moskvadakı səfiri Kazem Cəlali yeni Ali Rəhbər Müctəba Xameneinin müalicə üçün Rusiyada olması ilə bağlı xəbərləri təkzib edib.

525.az xəbər verir ki, bu barədə iranlı diplomat “X” hesabında yazıb.

O qeyd edib ki, Ali Liderin müalicə üçün Rusiyaya köçürülməsi xəbəri yeni bir psixoloji müharibədir: “İran liderlərinin qaçıb sığınacaqlarda gizlənməyə ehtiyacları yoxdur, onların yeri küçələrdə xalq arasındadır”.

Xatırladaq ki, daha əvvəl Xameneinin sağlamlıq problemləri səbəbindən gizli şəkildə Moskvaya aparıldığı barədə xəbərlər yayılıb.

Pərvanə Sultanova

 





17.03.2026    çap et  çap et