525.Az

“Polşa İrana qoşun göndərməyəcək” - Tusk


 

“Polşa İrana qoşun göndərməyəcək” - <b style="color:red"> Tusk</b>

Polşa ABŞ-ın əməliyyatında iştirak etmək üçün İrana qoşun göndərməyəcək. 

525.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk Nazirlər Kabinetinin iclasında deyib.

"Polşa öz qoşunlarını İrana göndərməyəcək. Bu münaqişə bizim təhlükəsizliyimizə birbaşa təsir göstərmir", - hökumət rəhbəri bildirib.

Əlavə edib ki, Polşanın NATO daxilində quru və hərbi-hava qüvvələri, eləcə də hələ də inkişaf mərhələsində olan dəniz qüvvələri də daxil olmaqla digər missiyaları var.

“Dənizdə sahib olduğumuz güc Baltik dənizində təhlükəsizliyin təmin edilməsinə xidmət etməlidir, müttəfiqlərimiz bunu başa düşürlər", - siyasətçi söyləyib.

Pərvanə Sultanova

 





17.03.2026    çap et  çap et