Amerika fond bazarlarında Dow Jones sənaye indeksi 0,10% artaraq 46 993,26 bəndə, S&P 500 indeksi 0,25% yüksələrək 6 716,09 bəndə çatıb. Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi Nasdaq Composite indeksi 0,47% artaraq 22 479,53 bəndə yüksəlib.
525.az birja məlumatlarına istinadən xəbər verir ki, NYSE Composite indeksi 0,26% artaraq 22 315,54 bəndə, Kanadanın S&P/TSX Composite indeksi isə 0,16% yüksələrək 32 929,09 bəndə çatıb.
Avropa fond bazarlarında da müsbət dinamika müşahidə olunub. Euro Stoxx 50 indeksi 0,53% artaraq 5 769,25 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi 0,83% yüksələrək 10 403,60 bəndə, Almaniyanın DAX indeksi 0,71% artaraq 23 730,92 bəndə çatıb. Fransanın CAC 40 indeksi 0,49% artaraq 7 974,49 bəndə, İspaniyanın IBEX 35 indeksi isə 0,93% yüksələrək 17 248,70 bəndə qalxıb.
Asiya-Sakit okean regionunda isə qarışıq dinamika qeydə alınıb. Yaponiyanın Nikkei 225 indeksi 2,56% artaraq 55 073,56 bəndə, Topix indeksi 2,25% yüksələrək 3 708,85 bəndə çatıb. Bununla belə, Honq Konqun Hang Seng indeksi 0,17% azalaraq 25 825,08 bəndə, Çinin CSI 300 indeksi isə 0,33% enərək 4 621,95 bəndə düşüb. Avstraliyanın S&P/ASX 200 indeksi 0,30% artaraq 8 640,10 bəndə, MSCI Asia Pacific indeksi isə 0,90% yüksələrək 241,57 bəndə çatıb.
çap et