525.Az

Bayram günlərində işləyəcək banklar açıqlanıb


 

Bayram günlərində işləyəcək banklar açıqlanıb <b style="color:red"></b>

20 – 30 mart 2026-cı il tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

Bu barədə 525.az-a Mərkəzi Bankdan bildirilib. Qeyd edilib ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxışının təmin edilməsi məqsədilə ümumilikdə 18 bankın 280 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 9 valyuta mübadiləsi məntəqəsi müştərilərə xidmət göstərəcək.

 





18.03.2026    çap et  çap et