525.Az

Konqo Respublikasında prezident seçkilərinin nəticələri açıqlandı


 

Konqo Respublikasında prezident seçkilərinin <b style="color:red"> nəticələri açıqlandı</b>

Konqo Respublikasında 15 martda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticələrə əsasən hazırkı prezident Denis Sassou Nguesso yenidən dövlət başçısı seçilib.

Bu barədə daxili işlər naziri Raymond Zefirin Mboulou dövlət televiziyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Nguesso seçkilərdə 2.507.038, təxminən 93,5 faiz səslə qalib gəlib.

Mboulou qeydə alınmış seçicilərin ümumi sayının 3.167.909, seçkidə iştirak edən seçicilərin sayının isə 2.681.587 olduğunu və nəticədə iştirak nisbətinin təxminən 84,67 faiz olduğunu bildirib.

Digər namizədlərə gəldikdə isə, Mboulou bildirib ki, Mavungou Zinga Mabio 1,48 %, Uphrem Dve Mafoula 1,03 %, Destin Gavet 0,87 %, Kinyumbu Kiambungou Joseph 0,86 %, Vivien Romain 0,61% və Ngonga Engambe 0,33 % səs toplayıb.

Konstitusiya Məhkəməsi seçki nəticələrini təsdiqləyəcək və yekun nəticələri ən geci 15 gün ərzində ictimaiyyətlə bölüşəcək. Konstitusiya Məhkəməsi yekun nəticələri açıqladıqdan sonra təxminən 42 ildir president postunu tutan Nguesso ölkəni daha 5 il idarə etmək hüququna malik olacaq.

İbrahim Cəfərov

 





18.03.2026    çap et  çap et