525.Az

Ceyhun Bayramov Ər-Riyada yola düşüb, regionda vəziyyətin müzakirə olunacağı iclasa qatılacaq


 

Ceyhun Bayramov Ər-Riyada yola düşüb, regionda vəziyyətin müzakirə olunacağı iclasa qatılacaq<b style="color:red"></b>

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 18 mart 2026-cı il tarixində Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə işgüzar səfərə yola düşüb.

525.az-a bu barədə XİN-dən məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

 





18.03.2026    çap et  çap et