525.Az

SEPAH İsrailə və Yaxın Şərqdəki ABŞ bazalarına zərbələr endirib


 

SEPAH İsrailə və Yaxın Şərqdəki ABŞ bazalarına zərbələr endirib<b style="color:red"></b>

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin dörd şəhərinə və Yaxın Şərqdəki bütün ABŞ bazalarına zərbələr endirib.

525.az xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.

Qeyd edilib ki, 62-ci hücum dalğası zamanı ABŞ- müasir hava hücumundan müdafiə sistemləri sıradan çıxarıldıqdan sonra Akko, Hayfa, Təl-Əviv və Beer-Şevadakı hədəflər raketlərlə vurulub.

Məlumatda vurğulanıb ki, üçüncü dəfədir Yaxın Şərqdəki bütün ABŞ hərbi bazaları, o cümlədən Əd-Dəfra, Əl-Cüfeyr, Əli əs-Salim və Əl-Əzraqda yerləşən bazalar da zərbələrə məruz qalıb.

Pərvanə Sultanova

 





18.03.2026    çap et  çap et