ABŞ-də indiyə kimi elmə məlum olmayan dinozavra məxsus qamış sümüyü tapılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyadakı Bat Universitetinin alimi Nikolas Lonqriç və bir qrup həmkarının "Scientific Reports" dəgisindəki elmi məqalədə bildirilir.
Tapıntı təkcə daşlaşmış qamış sümüyündən ibarət olsa da, bu, alimlərə dinovazr haqqında xeyli məlumat toplamağa çətinlik yaratmayıb. Təxmini 1 metr uzunluğa və 12,8 sm diametrə malik sümük canlının 4 ton 700 kq çəkiyə malik olmasını deməyə əsas verir. Bundan başqa sözügedən dinozavr quruluşca Tirannozavra bənzəyib, amma bir az balaca olub.
Yeri gəlmişkən, sümüyün Bistaxiversora da aid olması ehtimalı araşdırılıb. Gəl ki, alimlər bəzi uyğunsuzluqlarla rastlaşıblar. Məsələn, Bistaxiversor Tirannozavrdan demək olar ki, 2 dəfə az çəkiyə malik olub.
L.Tağıyeva

çap et