525.Az

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səylərini artırmalıdır”


 

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səylərini artırmalıdır”<b style="color:red"></b>

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub.

APA-nın məlumatına görə, müzakirələr əsasən “Enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq: qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq”, “Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində ABŞ-ın iştirakı: imkanlar və gözləntilər” və  ABŞ-da insan hüquqlarının təmin olunması: qanunvericiliyin tələbləri və real durum” mövzularıdır.
 
Komitə sədri Səməd Seyidovun rəhbərliyi ilə keçən iclasa deputatlardan başqa ekspertlər, QHT nümayəndələri və politoloqlar da dəvət olunub.
 
S. Seyidov bildirib ki, Azərbaycan və ABŞ münasibətləri 1992-ci ildən başlasa da, ən operativ mərhələyə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə keçib: “1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə strateji əməkdaşlıq başlandı”.
 
S. Seyidov qeyd edib ki, Azərbaycanın  ABŞ-dan gözləntiləri  var: “Xüsusilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ səylərini daha çox artırmalıdır. Azərbaycan-ABŞ münasibətləri strateji əlaqələrə əsaslanır və bu istiqamətdə inkişaf edir. 2001-ci ildə ABŞ-da terror hadisələrindən sonra ABŞ-Azərbaycan münasibətləri daha bir yeni mərhələyə qədəm qoydu. Azərbaycan ABŞ-la birgə bütün gücünü terrora yönəltdi. Azərbaycan hərbçiləri ABŞ hərbçiləri ilə çiyin-çiyinə terrorizmə qarşı birgə döyüşür. Azərbaycan həmişə ABŞ ilə strateji tərəfdaşlıqda maraqlıdır”.
 
İclasda müzakirələr davam edir.

 





14.02.2015    çap et  çap et