525.Az

Azərbaycanda kənd təsərrüfatı istehsalı 1 faizdən çox artıb


 

Azərbaycanda kənd təsərrüfatı istehsalı 1 faizdən çox artıb<b style="color:red"></b>

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 140,6 milyon manat təşkil edib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onun 1 milyard 77,9 milyon manatı heyvandarlıq, 62,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 1,2 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 0,9 faiz, bitkiçilik məhsulları istehsalı 5,3 faiz artıb.

 





18.03.2026    çap et  çap et