525.Az

Polşa məktəblərində mobil telefonlardan istifadə qadağan ediləcək


 

Polşa məktəblərində mobil telefonlardan istifadə <b style="color:red"> qadağan ediləcək</b>

Polşada məktəblərdə tədris zamanı məktəblilərin mobil telefonlardan istifadəsinə qadağa qoyulacaq.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təhsil naziri Barbara Novatskaya dünən bildirib.

Qərar cari il sentyabrın 1-dən qüvvəyə minəcək. Bundan sonra ibtidai sinif şagirdləri dərs və tənəffüs zamanı telefonsuz qalacaqlar. Yalnız tibbi məqsədlər üçün və dərs prosesi zamanı vacib olduqda müəllimlərin rəyi ilə telefonlardan istifadəyə icazə veriləcək. 

Yuxarı siniflərlə bağlı qərar isə məktəb rəhbərliyinin ixtiyarına buraxılacaq. Yəni, hansı hallarda telefondan istifadəni onlar müəyyənləşdirəcəklər.

Yeri gəlmişkən, telefonların harada saxlanacağı barədə qərar da məktəb rəhbərliyinin öhdəsində olacaq.

Qeyd edək ki, Novatskaya sözügedən qərarın baş nazir Donald Tuskla məsləhətləşdikdən sonra verildiyini, bununla da şagirdlərin telefondan asılılığını azaltmaq, dərslərə diqqəti çoxaltmaq və uşaqlar arasında ünsiyyəti artırmaq məqsədi güddüyünü bildirib.

L.Tağıyeva

 





19.03.2026    çap et  çap et