525.Az

Dövlət qulluğunda sabit maaş sistemi tətbiq olunacaq - Rəy


 

Dövlət qulluğunda sabit maaş sistemi tətbiq olunacaq - <b style="color:red">Rəy</b>

"Hazırda qüvvədə olan "Dövlət qulluğu haqqında" Qanuna əsasən "Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən - dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələrdən  ibarətdir. Qanuna edilən dəyişiklik qüvvəyə mindikdən sonra müxtəlif əlavələr formasında ödənilən hissələr vəzifə maaşının tərkibinə daxil edilməklə, əməkhaqqının vahid strukturu müəyyən ediləcəkdir".

Bu fikri 525.az-a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov deyib.
O qeyd edib ki,  məqsəd əməkhaqqının daha sabit və əvvəlcədən proqnozlaşdırıla bilən olması təmin etmək və dövlət qulluqçularının gəlirlərinin daha çox sabit maaş üzərində formalaşmasına zəmin yaratmaqdır:

"Qənaətimə görə yeni sistem dövlət qulluqçularının maraqlarına cavab verir, həm də mümkün sui-istifadələrin qarşısını alacaqdır".

Sevinc Qarayeva

 





19.03.2026    çap et  çap et