525.Az

Dünya fond bazarlarının əsas indeks göstəriciləri


 

Dünya fond bazarlarının əsas indeks göstəriciləri<b style="color:red"></b>

Dow Jones sənaye indeksi 1,63% geriləyərək 46 225,15 bəndə düşüb. S&P 500 indeksi 1,36% azalaraq 6 624,70 bəndə, texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi Nasdaq Composite indeksi isə 1,46% enərək 22 152,42 bəndə geriləyib.

525.az birja məlumatlarına istinadən xəbər verir ki, NYSE Composite indeksi 1,43% azalaraq 21 996,60 bəndə düşüb. Kanadanın S&P/TSX Composite indeksi də mənfi dinamika göstərərək 1,87% geriləyib və 32 312,67 bənd təşkil edib.

Avropa fond bazarlarında da əsasən azalma müşahidə olunub. Euro Stoxx 50 indeksi 0,56% enərək 5 736,85 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi 0,94% azalaraq 10 305,29 bəndə düşüb. Almaniyanın DAX indeksi 0,96% geriləyərək 23 502,25 bəndə, Fransanın CAC 40 indeksi isə cüzi – 0,06% azalaraq 7 969,88 bəndə enib. Bununla belə, İspaniyanın IBEX 35 indeksi müsbət fərqlənərək 0,29% artımla 17 299,10 bəndə yüksəlib.

 





19.03.2026    çap et  çap et