Son 24 saat ərzində kriptovalyuta bazarında əsas aktivlərdə eniş müşahidə olunub.
525.az xəbər verir ki, "Bitcoin" 4,58% ucuzlaşaraq 70 839 dollara, "Ethereum" 5,73% ucuzlaşaraq 2 195 dollara enib.
Bazarın digər əsas aktivlərində də eniş müşahidə olunub. Belə ki, BNB-nin qiyməti 3,35% azalaraq 649,95 dollar, "Bitcoin Cash"in qiyməti 2,88% azalaraq 457,49 dollar, "Monero"nun qiyməti 5,99% azalaraq 347,97 dollar olub. "Zcash" isə daha kəskin – 11,40% ucuzlaşaraq 247,97 dollar təşkil edib.
çap et