525.Az

Azərbaycanın neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi kəskin artıb


 

Azərbaycanın neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi kəskin artıb<b style="color:red"></b>

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın neft-qaz sektoruna 952,6 mln. manat həcmində vəsait yönəldilib.

Bu barədə 525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə hesabat dövründə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 51,4% artıb.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 339,6 mln. manat həcmində vəsait yönəldilib. 2024-cü ilin göstəricisi ilə müqayisədə hesabat dövründə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 10,3% azalıb.

 





19.03.2026    çap et  çap et