525.Az

Nigeriya ordusundan xüsusi əməliyyat - 60-dan çox terrorçu zərərsizləşdirildi


 

Nigeriya ordusundan xüsusi əməliyyat - <b style="color:red"> 60-dan çox terrorçu zərərsizləşdirildi</b>

Nigeriya ordusu terrorçulara qarşı xüsusi əməliyyat keçirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriya ordusunun İnformasiya məmuru Sani Uba bildirib.

O bildirib ki, Hadin Kai adlandırılan və Duguri bölgəsində keçirilən əməliyyat zamanı 60-dan çox terrorçu zərərsizləşdirilib.

Uba öldürülən terrorçular arasında “Boko Haram” və İŞİD-in Qərbi Afrika qolu olan ISVAP üzvlərinin də olduğunu bildirib.

Xüsusi əməliyyat terrorçuların Borno əyalətinə martın 16-da təşkil etdikləri hücuma cavab olaraq həyata keçirilib.

Xatırladaq ki, terrorçuların bazar, xəstəxana və digər yerləri hədəf alan həmin hücumu zamanı 26 nəfər ölüb, 100-dən çox şəxs yaralanıb.

İbrahim Cəfərov

 





19.03.2026    çap et  çap et