525.Az

Pakistanda şiddətli yağışlar - 16 nəfər ölüb


 

Pakistanda şiddətli yağışlar - <b style="color:red"> 16 nəfər ölüb</b>

Pakistanın Karaçi şəhərində şiddətli yağış və fırtına həyatı iflic edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, şiddətli yağışlar və güclü külək səbəbindən ən azı 16 nəfər ölüb.

Pakistan Meteorologiya İdarəsi Karaçidə küləyin sürətinin saatda 92 kilometrə, Mauripur bölgəsində isə saatda 97 kilometrə çatdığını açıqlayıb.

Şiddətli fırtına səbəbindən ağaclar qırılıb, yollar bağlanıb və bir çox ərazidə infrastruktura ciddi ziyan dəyib. Hakimiyyət orqanları vətəndaşları ehtiyatlı olmağa çağırıb.

İbrahim Cəfərov

 





19.03.2026    çap et  çap et