525.Az

Rəşad Nəbiyev Qobustanda vətəndaşları qəbul edib


 

Rəşad Nəbiyev Qobustanda vətəndaşları qəbul edib<b style="color:red"></b>

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qobustan şəhərində Şamaxı və Qobustan rayonlarının sakinlərini qəbul edib.

525.az xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib", - R.Nəbiyev vurğulayıb.

Rəşad Nəbiyev Qobustanda vətəndaşları qəbul edib.

 





19.03.2026    çap et  çap et