525.Az

Bayram günü bəzi rayonlarda leysan olacaq, qar yağacaq, sel keçəcək - XƏBƏRDARLIQ


 

Bayram günü bəzi rayonlarda leysan olacaq, qar yağacaq, sel keçəcək - <b style="color:red"> XƏBƏRDARLIQ</b>

Martın 20-də Azərbaycanın qərb rayonlarından başlayaraq hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

525.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

 





19.03.2026    çap et  çap et