525.Az

Sabiq müdafiə naziri Laricaninin yerinə təyin edilib


 

Sabiq müdafiə naziri Laricaninin yerinə təyin edilib<b style="color:red"></b>

İranın keçmiş müdafiə naziri Hüseyn Dehqan Əli Laricaninin öldürülməsindən sonra Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.

525.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Hüseyn Dehqan keçmiş hərbçidir. 2023-cü ildən Mostazafan Fondunun rəhbəri vəzifəsində çalışır. O, əvvəllər İranın müdafiə naziri olub, 2017-ci ildə vəzifəsindən ayrılıb.

Dehqan İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) və onun hava qüvvələrində komandir vəzifəsində də çalışıb. 

Qeyd edək ki, Əli Laricani İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində öldürülüb.

Pərvanə Sultanova

 





19.03.2026    çap et  çap et