525.Az

“Çin İsrail ordusuna İran rəsmilərinin öldürülməsinə icazə verilməsindən şoka düşüb”


 

“Çin İsrail ordusuna İran rəsmilərinin öldürülməsinə icazə verilməsindən şoka düşüb”<b style="color:red"></b>

“Pekin İsrail rəsmilərinin orduya hər hansı yüksək rütbəli İran fiqurunu icazə almadan məhv etmək səlahiyyəti verilməsinə dair bəyanatından şoka düşüb”.

525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian brifinqdə bildirib.

“Çin bu açıqlamadan şoka düşüb. Biz beynəlxalq münasibətlərdə güc tətbiqinə qarşıyıq”, - diplomat deyib.

O, həmçinin İran hökumət rəsmilərinin öldürülməsini və mülki infrastruktura hücumların qəbuledilməz olduğunu vurğulayıb.

Pərvanə Sultanova

 





19.03.2026    çap et  çap et