525.Az

“İran Dünya Kubokunu deyil, ABŞ-ı boykot edir” - Federasiya rəhbəri


 

“İran Dünya Kubokunu deyil, ABŞ-ı boykot edir” - <b style="color:red"> Federasiya rəhbəri</b>

“İran Futbol Federasiyası 2026-cı ildə keçiriləcək  Dünya Kubokunu yox, ABŞ-ı boykot edəcək”.

525.az xəbər verir ki, bu barədə “Reuters”ə İran Futbol Federasiyasının prezidenti Mehdi Tac deyib.

O bildirib ki, ölkəsi Dünya çempionatına hazırlaşır.

“Biz Dünya Kubokuna hazırlaşırıq. Dünya Kubokunu deyil, ABŞ-ı boykot edirik", - Tac vurğulayıb.

İran millisi qrup mərhələsinin hər üç oyununu ABŞ-da keçirməlidir. İran komandası Belçika, Misir və Yeni Zelandiya ilə eyni qrupda yarışacaq. Turnir 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Yarışda ilk dəfə qırx səkkiz komanda iştirak edəcək.

Pərvanə Sultanova

 





19.03.2026    çap et  çap et