525.Az

Polis qanunsuz saxlanılan odlu silah-sursat aşkar edib


 

Polis qanunsuz saxlanılan odlu silah-sursat aşkar edib<b style="color:red"></b>

Martın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 15 avtomat silahı, 4 tapança, 2 qumbara, 1 alışdırıcı, 22 tüfəng, 39 patron darağı və 1026 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

525.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

 





20.03.2026    çap et  çap et