525.Az

Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib


 

Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib<b style="color:red"></b>

Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

525.az-ın məlumatına görə, bu barədə səfirliyin feysbuk səhifəsindəki paylaşımında bildirilib.

"Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımızı çatdırırıq - bu bayram xeyirin şər üzərində, işığın qaranlıq üzərində, sevginin nifrət üzərində qələbəsini simvolizə edir! Qoy yazın gecə-gündüz bərabərliyi günündə başlayan yeni astronomik il xoşniyyətli bütün insanlara xoşbəxtlik və sevinc gətirsin! Qoy ürəklərdə həmişə bahar əhvali-ruhiyyəsi və daha yaxşı gələcəyə ümid hökm sürsün!", - paylaşımda qeyd edilib.

 





20.03.2026    çap et  çap et