525.Az

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 faizdən çox artıb


 

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 faizdən çox artıb<b style="color:red"></b>

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 30 min 654 ton pambıq mahlıcı istehsal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur

Bu il martın 1-nə ölkədə 43 min 535 ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 97 min ton pambıq mahlıcı istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 33 % çoxdur.

 





20.03.2026    çap et  çap et