525.Az

Bakıda 36 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı əri tutulub


 

Bakıda 36 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı əri tutulub<b style="color:red"></b>

Martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

525.az-a Suraxanı rayon prokurorluğundan verilən xəbərə görə, ilkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

 





21.03.2026    çap et  çap et