525.Az

Rayonlarda yağıntı intensivləşəcək, çaylarda sululuq artacaq


 

Rayonlarda yağıntı intensivləşəcək, çaylarda sululuq artacaq <b style="color:red"></b>

Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 525.az-a verilən xəbərə görə, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

 





21.03.2026    çap et  çap et