525.Az

Rafael Hüseynov Üç Dəniz Təşəbbüsü üzrə Parlament Zirvə Toplantısında çıxış edəcək


 

Rafael Hüseynov Üç Dəniz Təşəbbüsü üzrə Parlament Zirvə Toplantısında çıxış edəcək<b style="color:red"></b>

Milli Məclisin sədr müavini Rafael Hüseynov Üç Dəniz Təşəbbüsü üzrə Parlament Zirvə Toplantısında iştirak üçün Xorvatiyaya səfər edəcək.

525.az-a bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, Xorvatiyanın Zaqreb şəhərinə səfər martın 24-dən 26-dək davam edəcək.

Xorvatiya Parlamentinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə "Üç Dəniz Təşəbbüsünün irəli aparılması: gələcəyə baxış, məsuliyyət, tərəfdaşlıq" mövzusunda müzakirələr aparılacaq, dünyada artan geosiyasi qeyri-müəyyənliklər fonunda parlamentlərin rolu diqqətə çatdırılacaq.

Rafael Hüseynovun toplantıda çıxışı nəzərdə tutulur.

 





23.03.2026    çap et  çap et