525.Az

Azərbaycan əhəng istehsalını 11 faiz artırıb


 

Azərbaycan əhəng istehsalını 11 faiz artırıb<b style="color:red"></b>

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 5 min ton əhəng istehsal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur.

Bu il martın 1-nə, ölkədə 4,4 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 21,6 min ton əhəng istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 47 % azdır.

 





23.03.2026    çap et  çap et