525.Az

Saatlıda 50 yaşlı kişinin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb


 

Saatlıda 50 yaşlı kişinin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb<b style="color:red"></b>

Saatlıda 50 yaşlı kişinin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

525.az-a bu barədə Saatlı rayon prokurorluğunun məlumat verilib.

Bildirilib ki, martın 22-də Saatlı rayonu Fətəlikənd kənd sakini 1976-cı il təvəllüdlü Rövşən Abdullayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü Rizvan Söhbətovun Rövşən Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, R.Söhbətov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

 





23.03.2026    çap et  çap et