525.Az

"Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib" - Prezident İlham Əliyev


 

"Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib" - <b style="color:red"> Prezident İlham Əliyev</b>

"Bu gün Şamaxı rayonunda çox böyük işlər görülür. Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib".

525.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Şamaxı rayonunda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında müəssisə əməkdaşları ilə görüşdə söyləyib.

Bir çox müasir istirahət zonalarının, hotellərin, iaşə, mədəniyyət, təhsil obyektlərinin yaradıldığını vurğulayan dövlətimizin başçısı, həmçinin qeyd edib: “Şamaxı-Bakı avtomobil yolu da çox müasirdir. İndi həm Bakı ilə, həm ölkəmizin həm qərb, şimal-qərb bölgələri ilə əlaqə üçün yeni imkanlar var". 

 





23.03.2026    çap et  çap et