525.Az

Azərbaycan alüminium məmulatlarının istehsalını 30 faizdən çox artırıb


 

Azərbaycan alüminium məmulatlarının istehsalını 30 faizdən çox artırıb<b style="color:red"></b>

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 11 min 771 ton alüminium məmulatları istehsal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,4 % çoxdur.

Bu il martın 1-nə, ölkədə 3 min 729 ton hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 50 min 893 ton alüminium məmulatları istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 23 % azdır.

 





23.03.2026    çap et  çap et