525.Az

AFFA nümayəndələri UEFA-nın Konfransında iştirak ediblər


 

AFFA nümayəndələri UEFA-nın Konfransında iştirak ediblər<b style="color:red"></b>

AFFA nümayəndələri Avstriyanın paytaxtı Vyanada keçirilən III "UEFA Grow" Konfransında iştirak ediblər.

Bu barədə 525.az-a qurumun mətbuat xidmətindən bildirilib.

Tədbir milli assosiasiyaların kommunikasiya və marketinq rəhbərlərini bir araya gətirərək futbol kommunikasiyalarını, marketinq və kommersiya strategiyasını formalaşdıran əsas tendensiyaların müzakirəsinə həsr olunub.

Konfransda AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov və Kommersiya meneceri Kamran Kərimbəyov iştirak ediblər.

 





23.03.2026    çap et  çap et